AZ

Braziliyada BRICS Sammiti başlayıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliyada BRICS Sammiti başlayıb.

APA-nın xəbərinə görə, Rio-de-Janeyro şəhərində keçirilən sammitə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında qatılıb.

Açılış mərasimində çıxış edən Braziliya Prezidenti Lula Da Silva Ukraynada bütün tərəfləri vtəşkəsin və sülhün əldə olunması naminə birbaşa dialoqu dərinləşdirməyə çağırıb.

Vladimir Putin çıxışında BRICS ölkələrinin ümumdaxili məhsulunun G7 ölkələri ilə müqayisədə daha çox olmasına diqqət çəkib, bu ölkələr arasında Milli valyutada ticarətin artdığını qeyd edib. Rusiya Prezidenti ədalətli dünyanın “qızıl milyarda” xidmət edən birqütblü sistemi dəyişdiyini, liberal qloballaşmanın artıq “faydalı” olmadığını, BRICS isə inkişaf nümayiş etdirdiyini söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
22
apa.az

10Mənbələr