AZ

Conatan Barnett 39 zorlamada ittiham edilir

Məşhur futbol agenti, 75 yaşlı britaniyalı mütəxəssis Conatan Barnett 39 zorlamada ittihamla bağlı məhkəmə qarşısına çıxarılacaq.

Arena.az bu barədə BBC şəbəkəsinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Barnetə qarşı mülki iddianı ABŞ-ın Los-Anceles məhkəməsinə müraciətlə Ceyn Dou adı ilə bir qadın qaldırıb. Qadın bildirib ki, qoca 2017-ci ildə onun Avstraliyadan Böyük Britaniyaya çıxarıb və işgəncələrlə müşayiət edilən cinsi köləliyə məhkum edib. İddiaçı əlavə edib ki, Barnett dəfələrlə onun və övladlarının həyatına təhdid edib. Ümumilikdə, qadının sözlərinə görə, qoca ona münasibətdə ən azı 39 dəfə zorakılıq həyata keçirib.

Maraqlıdır ki, məhkəmə sənədlərinə görə, cütlük ilk dəfə 1990-cı ildə Londonda görüşüb. Növbəti dəfə isə cütlüyün görüşü 27 ildən sonra – 2017-ci ildə baş tutub. Barnett və Dou bu müddət ərzində onlayn rejimdə əlaqə saxlayıblar. Sonra isə Barnett qadını onun övladları ilə birlikdə Böyük Britaniyaya gətirib və ailənin bütün xərcini öz üzərinə götürüb. Ancaq Dounun iddiasına görə, Dumanlı Albiona gəlişi ilə Barnett bildirib ki, qadın onun mülkiyyətidir və tələb edib ki, ona “mənim ağam” deyə müraciət etsin. Qadın həmçinin bildirib ki, qoca onu müxtəlif təhqirlərə məruz qoyub – acılıqla zülüm edərək, sonra nəcisini yeməyə və sidiyini içməyə məcbur edib, həmçinin bütün gecəni əl-qolu bağlı halda saxlayıb.

Dounun sözlərinə görə, belə bir mənzərədə Barnett onu dünya səyahətinə də daşımaq fikrinə düşüb və 2017-2023-cü illərdə Los-Ancelesə aparıb.

Bildirilir ki, Barnetin özü müvafiq iddianı qətiyyətlə təkzib edir və ədalətin qələbə qazanması ilə bəraət alacağına ümidlidir.

Əlavə edək ki, Conatan Barnett “Real”ın keçmiş futbolçusu, hazırda karyerasını başa vurmuş uelsi hücumçu Qaret Beylin və “Mançester Siti”nin 29 yaşlı ingiltərəli sol cinah hücumçusu Cek Qrilşin agenti olub.

Seçilən
4
50
arena.az

10Mənbələr