Rusiyanın Zabaykalsk diyarında, Çita bölgəsində “An-2” markalı təyyarə sərt eniş edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 2-i ağır olmaqla, 10 nəfər xəsarət alıb.
Təyyarə havaya qalxdıqdan 16 dəqiqə sonra qəzaya uğrayıb. Tyyarədə 10 paraşütçü və 1 heyət üzvü olub.