AZ

Mask yeni siyasi partiya yaratdı

Milyarder iş adamı və "X" sosial şəbəkəsinin sahibi İlon Mask öz hesabında keçirdiyi səsvermənin nəticələrindən sonra "Amerika Partiyası" adlı yeni siyasi partiyanın yaradıldığını açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Mask X hesabında yazıb.

Mask paylaşımında bildirib: "2-1 nisbətində siz yeni siyasi partiya istədiniz və onu əldə edəcəksiniz. Ölkəmiz həddindən artıq xərclər və rüşvətxorluq səbəbindən iflasa uğradığı bir dövrdə, biz artıq demokratiyada deyil, təkpartiyalı sistemdə yaşayırıq. Amerika Partiyası bu gün azadlığınızı geri qaytarmaq üçün yaradıldı."

Sosial şəbəkədə keçirilən səsvermədə 1,2 milyondan çox istifadəçi iştirak edib. Onlardan 65,4%-i yeni siyasi partiyanın yaradılmasını dəstəkləyib.

Milli.Az

Seçilən
0
19
milli.az

10Mənbələr