AZ

Binəqədi qəsəbəsində yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim Media xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 220kv.m. olan divar kağızı istehsalı sexində baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən bitişik tikilən anbarlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və içərisində olan 2 ədəd dəzgah yanıb. Sexə bitişik tikilən anbarlar yanğından mühafizə olunub.


Bizim Media

Seçilən
0
50
bizim.media

10Mənbələr