AZ

İsrailin Qəzzaya hücumları nəticəsində daha 12 nəfər həlak oldu

BAKI, 6 iyul. TELEQRAF

İsrail ordusu Qəzzaşəhərinin şimalında yerləşən Şeyx Rıdvan məhəlləsini bombalayıb, nəticədə azı 12 fələstinli həlak olub.

Teleqrafxəbərverirki, bubarədəQətərinƏl-Cəzirətelekanalıməlumatyayıb.

Hücum nəticəsində bir neçə nəfər yaralanıb. Bombalanan evin məcburi köçkünlər üçün sığınacaq olduğu bildirilir. Hazırda bir çox insanın itkin düşdüyü qeyd olunur.

Qəzzanın Tuffah məhəlləsində İsrailin həyata keçirdiyi başqa bir hücum zamanı daha üç fələstinli həlak olub.

Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhərinin əl-Məvasi ərazisində, məcburi köçkünlərin yaşadığı çadıra pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində isə iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Seçilən
8
10
teleqraf.com

10Mənbələr