AZ

Ukraynanın sabiq prezidenti Porosenko xaricə buraxılmadı

Ukraynanın sabiq prezidenti və “Avropa Həmrəyliyi” partiyasının lideri Petro Poroşenko İspaniya və İtaliyaya işgüzar səfərə buraxılmayıb.

Bizim Media xəbər verir ki, bu barədə partiyanın nümayəndələri bildiriblər.
 

“Hakimiyyət "Avropa Həmrəyliyi" liderinin beynəlxalq səfərlərini bir daha blokladı. O, İspaniyada ən populyar olan Xalq Partiyasının Madrid qurultayına və Romada Ukraynanın bərpasına həsr olunmuş Konfransa gedə bilmədi”, deyə əlavə ediblər.


Qeyd olunur ki, Poroşenko Romaya dəvəti İtaliya parlamentinin spikerindən alıb.

Bizim Media

Seçilən
9
24
bizim.media

10Mənbələr