AZ

İzmirdə yanğın zamanı daha bir nəfər həlak olub

BAKI, TurkicWorld

Türkiyənin İzmir vilayətinin Ödemiş və Buca rayonlarında baş verən meşə yanğınları nəzarət altına alınıb. Lakin Ödemişdə alovların arasında qalan və ağır yaralanan Beydağ Meşə İdarəsinin sürücüsü, 45 yaşlı Raqıp Şahin, müalicə olunduğu İzmir Şəhər Xəstəxanasında dünyasını dəyişib.

TurkicWorld xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Beləliklə, Ödemiş rayonundakı yanğında ölən meşə işçilərinin sayı 2-yə yüksəlib.

Xatırladaq ki, bundan əvvəl Ödemiş rayonunda meşədəki yanğına müdaxilə edən 80 yaşlı kişinin həlak olduğu bildirilmişdi.

Seçilən
10
20
turkic.world

10Mənbələr