AZ

21 yaşlı gənc öldürüldü qətlin təfərrüatları

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daşkəsəndə 21 yaşlı gəncin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, hər iki şəxsin rayonun Xoşbulaq kəndində evləri var.

Onlar ötən gün sözügedən kəndə istirahətə gediblər. Kənddə yeyib, içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı qətlə yetirilən İlkin Məmmədov hadisəni törətməkdə şübhəli bilinən Elçin İsmayılovun ünvanına nalayiq sözlər deyib.

Bu zaman sonuncu İ. Məmmədova bir neçə bıçaq zərbəsi vurub. Bıçaq xəsarəti alan şəxs xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub. Onların yaxın dost olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /Apa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
24
news.milli.az

10Mənbələr