AZ

Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı

İyulun 5-də mülki təyyarənin ABŞ prezidenti Donald Trampın gəldiyi Nyu Cersi ştatının Bedminster şəhərindəki qolf klubunun üzərindən məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri havaya qaldırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının nümayəndələri məlumat verib.
 
Açıqlamaya görə, qırıcı təyyarələr Bedminster üzərində müvəqqəti olaraq məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarənin qarşısını alıblar.
 
Bundan əvvəl də ərazidə bir neçə oxşar qanun pozuntusunun baş verdiyi bildirilir. Hərbçilər mülki təyyarənin bölgədən təhlükəsiz şəkildə çıxarıldığını açıqlayıb.
 
Tramp həftə sonlarını tez-tez bu qolf klubunda keçirir.
Seçilən
0
15
moderator.az

10Mənbələr