AZ

Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatdı

ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb.

 

Bu barədə CNN teleşirkəti məlumat yayıb.

 

Kerr dairəsində 43 nəfər, Burnet dairəsində 3 nəfər, Travisdə 4 nəfər ölüb. Yay düşərgəsində olan 20-dən çox qız da daxil olmaqla onlarla insan itkin düşüb.

 

Texasın qubernatoru Qreq Ebbott daha əvvəl 850-dən çox insanın təxliyə edildiyini bildirib.

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, federal hakimiyyət orqanları daşqının nəticələrinin aradan qaldırılmasında dövlət xidmətlərinə kömək edir. Ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem bir gün əvvəl Texasa gəlib.

 

Report

Tarix: 6 İyul 2025, 08:48   
Seçilən
2
50
pravda.az

10Mənbələr