Daşkəsəndə 21 yaşlı gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə Daşkəsən rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən, 20 yaşlı Gəncə şəhər sakini Elçin Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
23:08
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc oğlan xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.
Bu haqda APA-nın yerli bürosu məlumat yayıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərin saxlanması istiqamətində tədbirlər görülür.
***
22:42
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Gəncə sakini, 2004-cü il təvəllüdlü İ. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.