AZ

ABŞ HHQ hava məkanını pozan mülki təyyarəyə müdaxilə edib

Bakı. Trend:

İyulun 5-də ABŞ Prezidenti Donald Trampın səfərdə olduğuNyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubunun üzərindəməhdudlaşdırılmış hava məkanına daxil olan mülki təyyarə səbəbindənABŞ Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri havayaqaldırılıb.

Trend xəbər verirki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının(NORAD) nümayəndələri məlumat yayıb. Bildirilib ki, qırıcılardərhal havaya qalxaraq təyyarənin qarşısını alıblar.

Komandanlıq qeyd edib ki, mülki təyyarə ərazidən təhlükəsizşəkildə çıxarılıb və bu, əvvəllər bölgədə baş verən oxşar havaməkanı pozuntularından biridir.

Xatırladaq ki, Tramp hazırda sahibi olduğu Bedminster qolfklubunda istirahətdədir. Onun iyulun 5-nə rəsmi tədbir planında heçbir ictimai görüş nəzərdə tutulmayıb. ABŞ lideri tez-tez həftəsonlarını həmin qolf klubunda keçirir.

Seçilən
6
50
az.trend.az

10Mənbələr