BAKI, 6 iyul. TELEQRAF
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hərbi Hava Qüvvələri (HHQ) qırıcıları havaya qaldırıb.
Teleqraf xəbər verir ki, buna səbəb mülki təyyarənin ABŞ lideri Donald Trampın olduğu Bedminsterdəki qolf klubuna yaxınlaşması olub.
Məlumata görə, qırıcıların nəzarəti altında mülki təyyarənin istiqaməti dəyişdirilib və müvəqqəti məhdudlaşdırılmış hava məkanı zonasından təhlükəsiz şəkildə çıxarılıb.
Daha əvvəl bu ərazidə bir neçə oxşar pozuntunun qeydə alındığı bildirilir.