AZ

Ərdoğan “TOGG” elektromobilinin yeni modelini sınaqdan keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin “TOGG” elektromobilinin yeni, T10F modeli ilə test sürüşü həyata keçirib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

  

Ərdoğana, həmçinin yeni modellə bağlı məlumat verilib.

 

Türkiyə Prezidenti “TOGG” elektromobilinin yeni - “T10F” modeli haqqında paylaşım edib. O, sosial media hesabında belə yazıb: “Tezliklə vətəndaşlarımızın ixtiyarına veriləcək və yollara çıxacaq yerli və milli elektrikli avtomobilimiz, qürurumuz TOGG-un yeni sedan modeli “T10F”in sınaq sürüşünü həyata keçirdik. Maşallah. Bərəkallah.”

 

Qeyd edək ki, TOGG şirkəti 2018-ci ildə yaradılıb.

Seçilən
8
2
senzor.az

10Mənbələr