AZ

PSJ “Bayern” üzərində qələbə ilə yarımfinala çıxdı - Klublararası dünya çempionatı

PSJ klublararası dünya çempionatının 1/4 finalında “Bayern”i məğlub edib.

Sportinfo.az xəbər verir ki, oyun Atlantadakı (ABŞ) “Mercedes-Benz Stadium” stadionunda baş tutub.

Hesabı matçın 78-ci dəqiqəsində parislilərin yarımmüdafiəçisi Dezire Due açıb. Hücumçu Usman Dembele 90+7-ci dəqiqədə “qırmızı-göylər”in hesabdakı üstünlüyünü artırıb – 2:0.

İlk hissənin sonunda “Bayern”in yarımmüdafiəçisi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində ciddi xəsarət alıb.

Matçın 83-cü dəqiqəsində Fransa klubunun müdafiəçisi Villian Paço birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub, əlavə vaxtda isə onun komanda yoldaşı Lukas Eernandes meydandan qovulub.

PSJ turnirin yarımfinalında “Real” – “Borussiya” matçının qalibi ilə qarşılaşacaq.

Seçilən
13
50
sportinfo.az

10Mənbələr