AZ

Rəqsanə Azərbaycana qayıdır: Veriliş aparacaq - VİDEO

Müğənni Rəqsanə İsmayılova Azərbaycana qayıdır.


Manset.az xəbər verir ki, sənətçi televiziya kanallarından birində veriliş aparacaq.

O, sosial şəbəkələrdə öz həyətində və mətbəxində çəkdiyi videolarla, hazırladığı yeməklərlə diqqət çəkdiyini qeyd edib. Yeni verilişində də bu formatı davam etdirməyi planlaşdırır.

Rəqsanə bildirib ki, ona üç telekanaldan təklif gəlib. O, aralarından ən reytinqli,  özünə daha yaxın olan kanalı seçib. Yeni layihədə sənətçi yemək bişirməklə yanaşı, qonaq olan həmkarları ilə gündəmin aktual mövzularını da müzakirə edəcək. Verilişin yeni mövsümdə efirə çıxması planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl müğənninin boşanma xəbərləri yayılmışdı.


Seçilən
11
17
manset.az

10Mənbələr