AZ

''Beşiktaş'' İmmobiledən qurtuldu

Hücum xəttini ingiltərəli Tammi Abraham ilə gücləndirən ''Beşiktaş'' nəhayət, Çiro İmmobiledən qurtulmağı bacarıb.

Türkiyə mətbuatının iddiasına görə rəhbərlik italiyalı futbolçu ilə qarşılıqlı razılıq yolu ilə müqaviləni ləğv edib.

Rəsmi açıqlamanın ən qısa müddətdə veriləcəyi gözlənilir. Tərəflər uzun müddətdi, müqavilənin ləğvi ilə bağlı danışıqlar aparırdı. İmmobilenin İstanbul nəhəngi ilə hələ birillik müqaviləsi var idi. Amma onun illik qazancı 6 milyon avro olduğundan ''ağ-qaralar'' İmmobile ilə vidalaşmaq istəyirdilər. Tərəflər sonda 2,6 milyon avroya anlaşıblar. ''Beşiktaş'' müqavilənin ləğvi üçün futbolçuya məhz bu qədər təzminat ödəyəcək.

35 yaşlı forvard karyerasını ''Bolonya''da davam etdirəcək. Bu faktı Fabritsio Romano da təsdiqləyib. İmmobile ilə ''Bolonya'' zatən çoxdan anlaşma əldə etmişdi. Bu klub sadəcə İmmobilenin sərbəst futbolçuya çevrilməsini və ''Beşiktaş''la problemini yoluna qoymasını gözləyirdi.

Müqavilənin ''1+1'' illik olacağı gözlənilir.

İmmobilenin Türkiyə karyerası 41 oyun, 19 qol, 4 məhsuldar ötürmə göstəricilərindən ibarət oldu. O, ''Beşiktaş''la Türkiyə superkubokunun qalibi oldu.

Seçilən
6
2
football-plus.az

10Mənbələr