AZ

Londonda aksiya zamanı 20-dən çox şəxs saxlanılıb

London, 6 iyul, AZƏRTAC

Londonda qadağan olunmuş “Palestine Action” təşkilatına dəstək məqsədilə keçirilən etiraz aksiyası zamanı 20-dən çox şəxs saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, saxlanılan şəxslər terrorizm haqqında 2000-ci il qanununa əsasən ittiham olunurlar və hazırda polis nəzarətindədirlər. Vestminsterdə keçirilən aksiya zamanı çəkilmiş fotolarda bir qrup nümayişçinin “Soyqırıma qarşıyam, “Palestine Action”a dəstəyəm” yazılı plakatlar tutduğu görünür.

“Palestine Action” qrupu iyulun 5-dən etibarən rəsmi olaraq Böyük Britaniyada terror təşkilatı kimi tanınıb. Bu qərar təşkilatın hüquqşünaslarının məhkəmədə yasağın qarşısını almaq cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra qüvvəyə minib.

Qanuna əsasən, bu qrupun üzvü olmaq və ya ona açıq şəkildə dəstək ifadə etmək cinayət sayılır və bu, 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
26
9
azertag.az

10Mənbələr