AZ

Zelenski PUA alışı ilə bağlı ABŞ-la razılaşdığını açıqlayıb

Bu il Ukrayna ABŞ-la əməkdaşlıq çərçivəsində əlavə yüz minlərlə pilotsuz təyyarə alacaq. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. 

"Biz ABŞ tərəfi ilə birgə işi əhəmiyyətli dərəcədə artırmaq barədə razılığa gəldik. Bu, Ukraynaya bu il xüsusi şərtlər altında yüz minlərlə, gələn il isə daha çox pilotsuz təyyarələr verəcək. Bu məsələdə əsas prioritetimiz isə ovçu PUA-lardır", - dövlət başçısı qeyd edib.

Zelenski həmçinin Danimarka ilə silahların birgə istehsalına dair yeni saziş bağladıqlarını deyib.

Seçilən
9
23
missiya.az

10Mənbələr