AZ

Laçın polisi 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarladı

Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının Ağcabədi rayonunun  Taxta Körpü qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qatranı, marixuana və çətənə toxumları da müəyyən edilib. Bundan başqa oradan bir ədəd avtomat, bir ədəd tüfəng, iki ədəd tapança, həmin silahlara məxsus səkkiz ədəd daraq və 400 ədəd patron da aşkarlanıb

 

Faktla bağlı cinayət işi başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
5
50
senzor.az

10Mənbələr