AZ

Paşinyan israr edir:ERMƏNİSTANA YENİ KONSTİTUSİYA LAZIMDIR

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, onun konkret məqsədi olmalı və bugünkü Ermənistanın mövcud reallığını ifadə etməlidir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

 

Onun sözlərinə görə, konstitusiya ilə “real Ermənistan” ideologiyası kəsişir. “İndi başqa reallıq mövcuddur. Yeni reallıq isə yeni konstitusiyanın qəbulunu şərtləndirir. Bunun üçün də Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır. Yeni konstitusiya vətən və dövlət anlayışlarını da konkret olaraq göstərməlidir”, – deyə Paşinyan vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Danilyan da yeni konstitusiyaya ehtiyac olduğunu, mütəxəssislərin artıq bu istiqamətdə çalışdıqlarını bildirmişdi.

 

Onu da xatırladaq ki, Ermənistanın ilk konstitusiyası 5 iyul 1995-ci ildə qəbul edilib, bundan sonra 2005 və 2015-ci illərdə keçirilən referendumlarda iki dəfə dəyişdirilib.

Seçilən
10
50
senzor.az

10Mənbələr