AZ

Zelenski PUA alışı ilə bağlı ABŞ-la razılaşdığını açıqlayıb

Bu il Ukrayna ABŞ-la əməkdaşlıq çərçivəsində əlavə yüz minlərlə pilotsuz təyyarə alacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Biz ABŞ tərəfi ilə birgə işi əhəmiyyətli dərəcədə artırmaq barədə razılığa gəldik. Bu, Ukraynaya bu il xüsusi şərtlər altında yüz minlərlə, gələn il isə daha çox pilotsuz təyyarələr verəcək. Bu məsələdə əsas prioritetimiz isə ovçu PUA-lardır", - dövlət başçısı bildirib.

Zelenski həmçinin Danimarka ilə silahların birgə istehsalına dair yeni saziş bağladıqlarını deyib.

Seçilən
11
24
apa.az

10Mənbələr