AZ

Almaniyada sığınacaq müraciətlərinin sayı 45 faiz azalıb

Bakı. Trend:

2025-ci ilin ilk yarısında Almaniyada sığınacaq almaq üçünmüraciət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,9faiz azalıb.

Trend xəbər verirki, bu barədə Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF)statistikası açıqlanıb.

Belə ki, cari ilin ilk altı ayında 61 336 nəfər Almaniyada ilkdəfə, 11 482 nəfər isə təkrar sığınacaq müraciəti edib. Halbuki2024-cü ilin ilk yarısında bu göstərici ümumilikdə 132 201 nəfərtəşkil edirdi.

Azalmanın əsas səbəbləri kimi Almaniyanın bütün sərhədlərindəgücləndirilmiş yoxlama tədbirləri, Balkan ölkələrinin qeyri-qanunimiqrasiyaya qarşı atdığı addımlar və Suriyada yaranmış yeni siyasivəziyyət göstərilir.

Son illərdə sığınacaq üçün müraciət edənlərin əsas hissəsiniSuriyadan gələnlər təşkil edirdilər. Lakin ötən ilin sonundaSuriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkədənedilən müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, builin ilk yarısında Suriyadan 15 127, Əfqanıstandan isə 15 181sığınacaq müraciəti qeydə alınıb.

Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) hələ rəsmişəkildə dərc olunmayan hesabatına əsasən, Almaniyada 2025-ci ilinilk yarısında ümumilikdə 65 495 sığınacaq müraciəti qəbul olunub.Bu göstərici ilə Almaniya Aİ-də üçüncü yerdə qərarlaşıb. İlk ikiyeri İspaniya (76 020 müraciət) və Fransa (75 428) tutur. Siyahıdaonları İtaliya (62 534) və Yunanıstan (27 718) izləyir.

Ən aşağı müraciət sayı isə Macarıstan (47), Slovakiya (84) vəLitvada (152) qeydə alınıb.

Seçilən
6
15
az.trend.az

10Mənbələr