AZ

“İnter” fransalı hücumçu transfer etdi

“Parma”nın hücumçusu Anj-Yoan Bonninin “İnter”ə keçidi rəsmiləşib.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, fransız forvard ilə uzunmüddətli müqavilə imzalanıb və bu əməkdaşlıq 2030-cu ilə qədər nəzərdə tutulur.

Transferin məbləği təxminən 23 milyon avro təşkil edib.

 21 yaşlı futbolçu karyerasına 2021-ci ildən “Parma” klubunda başlayıb. Orada 117 matçda iştirak edərək 15 qol vurub və 12 məhsuldar ötürmə edib. Keçən mövsüm isə “İnter” İtaliya çempionatında ikinci yeri tutub.

Seçilən
22
14
90deqiqe.az

10Mənbələr