"Neftçi"nin baş məşqçisi Samir Abasov yeni transfer İqor Ribeyro haqda danışıb.

Rekord.az-a açıqlamasında baş məşqçi yeni transferin üstünlüklərini qeyd edib: "Ribeyronun əsas üstünlüyü odur ki, bizi tanıyır. Söhbət Azərbaycan çempionatından gedir. Özünüz də fikir versəniz görərsiniz ki, son illər Azərbaycanda oynayan futbolçuların daha iddialı və imkanlı digər klublara keçidi tendensiya halını alıb. Ribeyronu çempionatımızın ən yaxşı müdafiəçilərindən sayıram. Bizə kömək edəcəkmi, inanıram ki, verəcək. Bildiyim qədəri ilə özü də "Neftçi"yə keçməkdə israrlı olub. Bu da normaldı, çünki "Neftçi" flaqmandı. Təbii ki, Ribeyro müdafiədəki sonuncu transferimiz olmayacaq. Amma şadam ki, Ribeyronu də götürə bildik".