AZ

“Neftçi” növbəti transferini rəsmiləşdirib

“Neftçi” yeni mövsüm üçün növbəti futbolçu transferini rəsmiləşdirib.

“Report” xəbər verir ki, bu barədə “ağ-qaralar”ın Mətbuat xidməti məlumat yayıb.

Fransalı vinger İmad Faraj paytaxt təmsilçisinə keçib. 26 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlanıb.

“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

Seçilən
2
34
report.az

10Mənbələr