“Neftçi” yeni mövsüm üçün növbəti futbolçu transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger İmad Faraj artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlanıb.
“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.