Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Togg"un yeni modelinin test sürüşünü edib.
Sitat.info xəbər verir ki, Türkiyə lideri yeni modellə bağlı sosial media hesablarında paylaşım edib.
"Qürurumuz "Togg"un yeni sedan modeli T10F. Yerli və milli elektrik avtomobilimiz tezliklə vətəndaşlarımıza təqdim olunacaq və yollara çıxacaq. Maşallah. Mübarək olsun" - deyə, Ərdoğan qeyd edib.
Sitat.info