Bakı. Trend:
İyulun 5-də Almaniyanın Münxen şəhəri yaxınlığından havayaqalxan kiçikmühərrikli təyyarə Avstriyanın Zalsburq əyalətininPintsqau rayonunda qəzaya uğrayıb.
Trend xəbər verirki, təyyarə dağlıq-meşəlik əraziyə düşərək yanıb. Göyərtədə olandörd nəfərin hamısı hadisə nəticəsində həyatını itirib.
Qəzadan sonra başlayan yanğın meşə ərazisinin bir hissəsinəyayılıb, ərazinin mürəkkəb relyefi isə xilasedicilərin hadisəyerinə çatmasını xeyli çətinləşdirib.
Hazırda qəzanın səbəbləri araşdırılır və həlak olan şəxslərinşəxsiyyəti müəyyənləşdirilir.