AZ

Maks Ferstappen Britaniya Qran Prisinin sıralanma turunun qalibi olub

"Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə 2025-ci il mövsümünün 12-ci mərhələsi olan Böyük Britaniya Qran Prisinin seçmə mərhələsində birinci yeri tutub.

Olaylar xəbər verir ki, yarışın sıralanma turu Silverstoun trasında keçirilib.

İkinci yeri "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri, üçüncü yeri isə onun komanda yoldaşı, britaniyalı Lando Norris qazanıb.

Qran Pri yarışı iyulun 6-da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
27
olaylar.az

10Mənbələr