AZ

Bakının mənzil fondu yenilənirVİDEO

Bakıda mənzil fondu tam olaraq beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməlidir. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə belə bir məsələ gündəmə gətirilib. Bəs söhbət hansı beynəlxalq standartlardan gedir və nələr nəzərdə tutulur?

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, paytaxtda tikilən bəzi çoxmərtəbəli binalar beynəlxalq normalar əsas götürülərək inşa edilməyib. Bu səbəbdən də müvafiq qurumlar tərəfindən hazırlanan layihə çərçivəsində mənzil fondunun tam şəkildə yenilənməsi nəzərdə tutulur.

Mütəxəssisin fikrincə, bu dəyişikliklər insanların həm fiziki, həm də psixoloji rahatlığı baxımından mühüm əhəmiyyət daşıyır. Yeni tikiləcək binalarda beynəlxalq standartın olması enerji səmərəliliyi, təhlükəsizlik və estetik görünüş də əsas şərtlərdən biri olacaq.

Layihənin yaxın illərdə mərhələli şəkildə həyata keçirilməsi gözlənilir. Tikinti sektorunda bu yanaşmanın tətbiqi həm də keyfiyyətli şəhərsalmanın əsasını qoyacaq.

Elnur Fərzəliyevin fikrincə, bundan sonra tikinti şirkətləri də yaşayış sahəsi daha çox olan layihələrə üstünlük verəcəklər ki, maddi ziyan etməsinlər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
1
7
xezerxeber.az

10Mənbələr