AZ

Günəş yeni rekorda imza atdı

Alimlər iyulun 5-də Günəş tərəfindən atılan, uzunluğu 1 milyon kilometrdən çox olan yeni plazma strukturunu qeydə alıblar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının mətbuat xidməti öz "Telegram"kanalında məlumat yayıb.

"Günəş kosmosa atılan çıxıntıların ölçüsünə görə rekordlar vurmağa davam edir", - məlumatda deyilir.

Alimlərin fikrincə, emissiya Bakı vaxtı ilə saat 10:00-15:00 arasında Günəş sisteminin şimal qütbü istiqamətində baş verib. Plazma strukturunun ölçüsü 1 milyon kilometri keçib.

Seçilən
4
19
publika.az

10Mənbələr