AZ

Millimiz 45 xal fərqlə qalib gəlib FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycam millisi Avropa çempionatı C divizionunda mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, B qrupda yer alan komandımızın ilk rəqibi San Marino olub.

Albaniyanın evsahibliyi etdiyi turnirə U-16 yığmamız qələbə ilə start verib. Basketbolçularımız San Marinonu 45 xal fərqi ilə məğlub ediblər. Komandamızın heyətində Azər İbrahimov 24 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub.

Yığmamız sabah Andorra ilə qarşılaşacaq.

Avropa çempionatı, C divizionu

Qrup mərhələsi, 1-ci tur

5 iyul

Azərbaycan U-16 - San Marino U-16 - 105:60 (25:22, 32:5, 21:17, 27:16)

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
50
icma.az

10Mənbələr