AZ

Saray körpüsünün ətrafı genişləndirilirVİDEO

Sumqayıtla-Abşeronu birləşdirən Saray körpüsündə yenidənqurma və genişləndirmə işləri aparılır. Layihənin məqsədi körpü ətrafında nəqliyyat sıxlığını azaltmaq, hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər üçün daha rahat keçidi mümkün etməkdir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda körpü ətrafında yolun genişləndirilməsi və infrastrukturun körpüyə uyğunlaşdırılması istiqamətində fəal iş gedir. Əraziyə müxtəlif təyinatlı ağır texnikalar cəlb olunub. Yolun bəzi hissələrində köhnə asfalt örtüyü sökülüb, qazıntı işləri aparılır. Bu işlər çərçivəsində yol kənarlarında istinad divarlarının möhkəmləndirilməsi, yağış sularının axıdılması üçün drenaj sistemlərinin qurulması da nəzərdə tutulub.

Hazırda aparılan işlər səbəbilə Saray körpüsünə giriş və çıxış yollarında avtomobil sıxlığı müşahidə olunur. Xüsusilə səhər və axşam pik saatlarda bu əraziyə daxil olan sürücülər tıxac səbəbilə çətinliklə üzləşirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sürücülər üçün bu narahatlıq müvəqqətidir. Yolun genişləndirilməsi və infrastrukturun yenilənməsi işləri tamamlandıqdan sonra ərazidə nəqliyyatın hərəkəti xeyli rahatlaşacaq. Bu isə həm sürücülərin, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin işini asanlaşdıracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
3
29
xezerxeber.az

10Mənbələr