ain.az, Olay.az portalına istinadən məlumat yayır.
“Mərdana icazə vermişəm, verilişdə adını unutdum”
Müğənni Cabbar Musayevin “Mərdan mahnımı oxuyan zaman məndən icazə almayıb” sözlərinə qarşı tərəfdən cavab gecikməyib.
OLAY yazır ki, müğənni Mərdan Kazımov açıqlamasında qeyd edib ki, C. Musayevin sözügedən açıqlamasından sonra onunla danışıb:
“Xəbəri görən kimi Cabbar əmi ilə əlaqə saxladım. Dedi ki, sənin adını unutmuşdum, amma sonra xatırladım. İndiyə kimi heç bir mahnını icazəsiz oxumamışam. Mahnının müəlliflərindən, müəlliflər yaşamırsa, ailə üzvlərindən imzalı icazə alırıq. Çünki çalışdığım şirkət icazə müqaviləsi olmasa, mahnını lentə almır. Cabbar bəylə də studiasında görüşüb, imzalı kağız almışıq. Fotomuz da var. İş genü deyil deyə müqavilə kağızını şirkətdən götürə bilmədim. Bunu yalnız şirkət istəyir deyə etmirəm, müəlliflərə, zəhmətə hörmətdən edirəm. Hətta mahnıları ifa edən sənət adamları ilə də danışıram, hallalıq alıram”.
Cabbar Musayev də saytımıza açıqlamasında qeyd edib ki, “Başqa birisini sevə bilməzsən” mahnısına icazə verib, hətta müqaviləyə imza atıb:
“Mərdana icazə vermişəm, müqaviləyə də imza qoymuşam. Studiyaya yanıma gəlmişdi, tanış oldum, halallıq verdim. Verilişdə Mərdanın adını unutmuşdum. Məndən icazəni 3 il əvvəl alıb. Gün ərzində o qədər adam icazə istəyir ki. Mərdana halallıq da, icazə də vermişəm. İfasını da dinləmişəm, gözəl rok tərzində ifa edib. Sadəcə qarışıqlıq olub.”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.