Bakı. Trend:
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvəgörüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş MillətlərTəşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okeanüzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibiArmida Salsiya Alişahbana ilə görüşüb.
Trend xəbər verirki, görüşdə növbəti ilin aprel ayında Bakıda keçirilməsi nəzərdətutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlərətrafında fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova,Xankəndində keçirilən Zirvə görüşünün əhəmiyyətini qeyd edərək, bumühüm tədbirdə A.Alişahbananın fəal iştirakını yüksəkqiymətləndirib. O, çıxışında Asiya və ona yaxın regionlarda gedəniqtisadi, sosial və digər proseslərin beynəlxalq təşkilatlarla sıxəməkdaşlığı zəruri etdiyini vurğulayıb, Azərbaycanın bu istiqamətdəfəal mövqe sərgilədiyini diqqətə çatdırıb.
Komitə ilə BMT-nin bir sıra regional qurumları arasındaəməkdaşlıqdan söz açan sədr, Təşkilatın Mərkəzi Asiya Ölkələrininİqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində səmərəliişbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulayıb. 2026-cıildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalqtədbirdə iştirakın Dövlət Komitəsi üçün önəmi qeyd edilib, bu kimitəşəbbüslərin Azərbaycanın uğurlarını beynəlxalq tərəfdaşlarlabölüşmək baxımından mühüm platforma olduğu bildirilib.
İcraçı katib A.S.Alişahbana Azərbaycan ilə UNESCAP arasındauzunmüddətli yüksək səviyyəli tərəfdaşlıqdan məmnunluğunu ifadəedib. Qadınların iqtisadi səlahiyyətləndirilməsinin ESCAP-ınfəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən katib,sürətlə dəyişən və rəqəmsallaşan dünyada qadınlar üçün yenibacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıb. Növbəti ildəkeçiriləcək 82-ci sessiyada da bu məsələlərin diqqət mərkəzindəolacağını vurğulayaraq, Komitənin yaxından iştirakının mühüm töhfəverə biləcəyini deyib.
Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalardaartan rolu yüksək qiymətləndirilib, BMT missiyasına verdiyitöhfələr, xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-auğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqlaxatırlanıb.
Tərəflər iştirakçı ölkələr arasında qarşılıqlı faydalıtərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də iqlimdəyişikliyi, qadın və uşaq məsələlərinə dair ortaq layihələrinicrası perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digərqlobal çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.