AZ

TƏBİB-dən kater qəzasında xəsarət alanlarla bağlı MƏLUMAT

05.07.2025-ci il tarixində saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib.

Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.

Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr