AZ

Azərbaycanda faciəli şəkildə həlak olan azyaşlılar DƏFN EDİLDİLƏR

Ötən gün Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edilib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Şəmkirin Qədimqala kəndi ərazisində göldə boğulan azyaşlılar bu gün kənd qəbiristanlığında dəfn ediliblər.

Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, azyaşlıların valideynləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, hadisə Şəmkir çayının rayonun Qədimqala kəndi ərazisindən keçən hissəsində baş verib. Qədimqala kənd sakinləri 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli və 2021-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Nadirli göldə çimən zaman boğulublar.

 

 

Seçilən
28
36
azedu.az

10Mənbələr