Yaxın günlərdə Yer kürəsində geomaqnit şəraitin dəyişəcəyi proqnozlaşdırılır.
Musavat.com xəbər verir ki, kosmos müşahidə stansiyalarının yaydığı məlumata əsasən, iyulun 5-dən 7-dək planetimiz Günəş aktivliyindən qaynaqlanan maqnit təlatümlərinin təsiri altına düşəcək.
İyulun 5 və 6-da G1 səviyyəsində – yəni mülayim gücdə maqnit qasırğası müşahidə olunacaq. İyulun 7-də isə qısa müddətə bu göstəricinin G2 səviyyəsinə – daha güclü və təsirli mərhələyə keçməsi ehtimal olunur. pizza mizza
Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür maqnit dalğaları xüsusilə meteohəssas insanlar üçün narahatlığa səbəb ola bilər. Bu günlərdə baş ağrısı, halsızlıq, yuxusuzluq və ürək-damar sistemi ilə bağlı şikayətlər arta bilər.
Qeyd edək ki, maqnit qasırğaları əsasən Günəşdə baş verən partlayışlar və tac kütlələrinin Yerə doğru irəliləməsi nəticəsində yaranır. Bu proseslər Yerin maqnitosferində təzyiq dəyişikliklərinə səbəb olur.
Telegram kanalımız