AZ

Mingəçevirdə iki qayığın toqquşması nəticəsində xəsarət alanların SON DURUMU

Mingəçevir şəhərində Kür çayında iki katerin toqquşması zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
 
Moderator.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 5-i, saat 16:00-da Kür çayında baş verən iki qayığın toqquşması nəticəsində iki azyaşlı olmaqla altı nəfər (beşi kişi, biri qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
"Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabil olaraq qiymətləndirilir. Digər beş nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
 
17:30
 
Fövqəladə Hallar Nazirliyinə (FHN) Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.
 
Qəza nəticəsində su nəqliyyat vasitələrində olan beş nəfər yüngül xəsarət alıb.
 
Hadisə zamanı xəsarət alan və tibb müəssisəsinə yerləşdirilən şəxslər 2011-ci il təvəllüdlü Ə.Vəliyev, 2008-ci il təvəllüdlü Ə.Xudiyev, 1984-cü il təvəllüdlü O.Xudiyev, 2007-ci il təvəllüdlü G.Xudiyeva, 2018-ci il təvəllüdlü T.Xudiyev, 1983-cü il təvəllüdlü X.Vəliyevdir.
 
Daha iki nəfərə isə hadisə yerində yardım göstərilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
16:34
 
Mingəçevir şəhərində Kür çayında iki kater toqquşub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Yaralılar xəstəxanaya aparılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
1
25
moderator.az

10Mənbələr