“Çelsi” Ceymi Bayno-Gittens transferini rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, London klubunu rəsmi saytı bu barədə məlumat yayıb.
Dortmund “Borussiya”sının 20 yaşlı hücumçu ilə 2032-ci ilin yayına kimi müqavilə imzalanıb. Bu transferə görə "Çelsi" 50 milyon avro və 5 milyon bonuslar ödəyəcək.
Qeyd edək ki, “Tottenhem”, “Liverpul”, “Arsenal” kimi klublar da Ceymi ilə maraqlanırdı. 2020-ci ildən "Borussiya"da çıxış edən forvard meydana çıxdığı 107 oyunda 17 qol vurub, 14 ötürmə edib.
İdman.biz