"Liverpul" avtomobil qəzasında həlak olan Dioqo Jotanın ailəsinə onun maaşını ödəyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.
28 yaşlı hücumçunun İngiltərə klubu ilə 2 illik müqaviləsi var idi. "Liverpul" mərhum futbolçunu 2 illik maaşını ailəsinə verəcək.
Dioqo Jota və qardaşı Andre Silva bir neçə gün öncə İspaniyada baş vermiş qəzada həlak olublar.