
“Meta” şirkətinin baş direktoru Mark Zukerberq Oval ofisdə qapalı iclas zamanı gözlənilməz şəkildə içəri girdikdən sonra Ağ Evdən çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin NBC telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, “Meta”nın rəhbəri ABŞ Prezidenti Donald Trampla hərbçilər arasında perspektivli altıncı nəsil F-47 qırıcısının müzakirəsi zamanı qəfildən Oval kabinetin qapısında peyda olub.
Telekanal xəbər verir ki, bundan sonra Zukerberqdən Oval kabineti tərk etməsi tələb olunub.