Bu gün dənizdə, çayda və göldə ən çox boğulub ölənlər yeniyetmələrdir.
Bu təsadüfi deyildir.Çünki onlar elə təsəvvür edirlər ki, hər şeyi daha yaxşı bilirlər və ona görə də heç kimlə məsləhətləşməyə ehtiyac yoxdur. Və nəticədə isə bəzən faciələr qaçılmaz olur! Bilmirəm , siz fikir vermisiniz, ya yox! Son vaxtlar suda boğulanlar ən çox yeniyetmələrdir. Onlar bacardı, bacarmadı dənizə, çaya girib çimirlər. Son vaxtlar ondan çox yeniyetmə suda çimərkən boğularaq ölüb.
Bu faciəni eşidən onların doğmaları isə şok yaşayır və çox pis vəziyyətə düşürlər. Nəzarət edilməyən yerlərdə çimmək daha təhlükəlidir. Ona görə də , çimməyə gedənlər bir qayda olaraq nəzarətçilərin tövsiyələrinə əməl etməli, nəzarət olunmayan yerlərə çimməyə getməməlidirlər. Bizcə, bu, təhlükəsizlik baxımdan ən yaxşı çıxış yoludur!!!
Emil Faiqoğlu