Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin ümumxalq səsverməsi ilə təsdiqlənən yeni konstitusiyaya ehtiyacı var.
SİA-xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. ...Şənbə günü Ermənistan Konstitusiya Gününü qeyd edir, düz 30 il əvvəl respublikanın əsas qanunu qəbul edilib. Paşinyan yubiley tarixinə həsr olunmuş təntənəli tədbirdə çıxış edib. ...Ermənistan Respublikasına xalqın səsverməsi ilə təsdiq edilmiş yeni konstitusiya lazımdır ki, xalq konstitusiyanı özününkü, doğma konstitusiya, özünün yaratdığı vətənində-dövlətində həyat qaydası hesab etsin.Bunu Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın Konstitusiyası 1995-ci il iyulun 5-də qəbul edilib. O, 2005 və 2015-ci illərdə dəyişib. Son dəyişiklik yarım-prezident idarəçiliyindən parlament idarəetmə formasına keçidə imkan verib.
Bir qədər əvvəl politoloq və şərqşünas Stanislav Tarasov Azərbaycanın mütəmadi olaraq vacib şərtə - Ermənistan konstitusiyasının preambulasının dəyişdirilməsinə eyham vurmasının səbəbini izah edib..?
Əli Babayev