Ermənistan yeni Konstitusiyaya ehtiyac duyur.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, yeni Konstitusiya ölkədəki gerçəklikləri əks etdirməli, konkret məqsəd daşımalı və xalqın iradəsinə əsaslanmalıdır:
“Artıq vətəndaş və dövlət anlayışı bir-birindən ayrı deyil. Ermənilər vətənlərini dövlətləri ilə eyniləşdirir. Bu səbəbdən, vətəndaşların istəyi ilə qəbul olunacaq yeni Konstitusiya bu dəyişən yanaşmanı hüquqi cəhətdən təsbit etməlidir”.