Bu gün Mingəçevir şəhərində Kür çayının hövzəsində iki mühərrikli qayığın (katerin) toqquşması ilə nəticələnən hadisə baş verib.
Hadisə nəticəsində hər iki qayığın içərisində olan şəxslər suya düşüb və 5 nəfər müxtəlif dərəcəli yüngül xəsarət alıb. Yaralılar dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Onların müdaxiləsi nəticəsində qayıqlar və sərnişinlər sahilə çıxarılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.