AZ

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var - Paşinyan

Bakı. Trend:

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, onun konkretməqsədi olmalı və bugünkü Ermənistanın mövcud reallığını ifadəetməlidir.

Trend xəbərverir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəkonstitusiyasının 30 illiyinə həsr olunmuş tədbirdə söyləyib.

Onun sözlərinə görə, konstitusiya ilə “real Ermənistan”ideologiyası kəsişir.

“500 illik tariximizdən fərqli olaraq, indi başqa reallıqmövcuddur. Yeni reallıq isə yeni konstitusiyanın qəbulunuşərtləndirir. Bunun üçün də Ermənistan xalqının iradəsinin azadifadəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır. Yenikonstitusiya vətən və dövlət anlayışlarını da konkret olaraqgöstərməlidir”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan KonstitusiyaMəhkəməsinin sədri Arman Danilyan yeni konstitusiyaya ehtiyacolduğunu, mütəxəssislərin artıq bu istiqamətdə çalışdıqlarınıbildirmişdi.

Seçilən
1
50
az.trend.az

10Mənbələr