Göygöl sakini yaşadığı evdə hündür nərdivandan yıxılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 1962-ci il təvəllüdlü S.Bağırov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Fakt araşdırılır.